AKTUAL manset

İmişli sakini iş adamından şikayətlənir: “Bizim övladlarımız tullana-tullana getməlidir təhsil almağa?” – VİDEO

Sharing is caring!

İmişli sakini rayon ərazisində fəaliyyət göstərən “SOKOL” yanacaqdoldurma məntəqəsinin sahibi Nurməmməd Qafarovun 1300-ə yaxın vətəndaşın yolunun qanunsuz zəbtinə son qoyulması üçün İmişli Rayon İcra başçısı Elçin Rzayevə videomüraciət ünvanlayıb.

Rayon sakini Orucov Seyran qeyd edib ki, neçə ildir minlərlə sakinin yolunu yerli iş adamı Nurməmməd Qafarov zəbt edərək yolun üstündə qaz çəni saxlayır.

“Bu yoldan 1300-ə yaxın sakin qəbiristanlığa, işə və məktəbə getmək üçün istifadə edir. Keçən ay məhkəmənin qərarı əsasında, İmişli rayon icra xidmətinin və İmişli Şəhər Bələdiyyəsinin əməkdaşlarının iştirakı ilə həmin tikili söküldü və bərpa edilərək biz sakinlərin istifadəsinə verilmişdi. Bir neçə gündən sonra  yanacaq doldurma məntəqəsinin sahibi Nurməmməd Qafarov məhkəmənin qərarını da heçə sayaraq bələdiyyə tərəfindən kanala atılan borunu özbaşına çıxarıb və yolu yenidən bağlayıb.  İndi də yolun hər iki tərəfinə “kənar şəxslərin və avtomobillərin gediş-gəlişi qəti qadağandıq!” yazaraq yolumuzu bağlayıb.”

Rayon sakini videomüraciətində İmişli rayon icra başçısı Elçin Rzayevi əraziyə baxış keçirib, sakinlərin qanuni haqlarını bərpa edilməsinə köməklik göstərməsini xahiş edib.

Xəbəral.az sözügedən videomüraciəti təqdim edir:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir