Cəmiyyət

Masazırda qanunsuz tikili sökülüb – FOTO/VİDEO

Sharing is caring!


Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində vətəndaş tərəfindən müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikinti aparılması faktı aşkarlanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən müvafiq tədbirlər nəticəsində vətəndaşa məxsus qanunsuz tikili sökülüb.

Bundan başqa, Lənkəran şəhəri, Ş.Axundov küçəsində aparılan qanunsuz tikinti işləri də agentliyin əməkdaşları tərəfindən aşkar edilərək dayandırılıb və ərazi nəzarətə götürülüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir