Cəmiyyət

Bakıda itkin düşən 17 yaşlı qız tapılıb – YENİLƏNİB

Sharing is caring!


Bakıda itkin düşən 17 yaşlı qız tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, gənc qız polis orqanına daxil olan müraciət əsasında tapılaraq ailə üzvlərinə təhvil verilib: “Onun ailə üzvlərindən xəbərsiz qohum evində olması müəyyən edilib. Kriminal tərkib yoxdur”.

09:12

Bakıda 17 yaşlı qız itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə avqustun 14-də Nərimanov rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Jalə Vahabzadə yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir