Cəmiyyət

Bakıdan Mayk Taysona göyərçin hədiyyəsi – VİDEO

Sharing is caring!


Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı quşçuluq təsərrüfatı ilə məşğul olan 75 yaşlı Bakı sakini Hacı Firuzdur.

20 ildir ki, quşbazlıqla məşğul olan Firuz dayı bu təsərrüfata 10 quşla başladığını deyir: “1000-ə yaxın quşum var. Heç hardan quş almıram və öz quşlarımı da satmıram. Sayları törəyərək artır”.

O bildirib ki, keçmişdə İrana narkotik maddələrin nəql edilməsi üçün göyərçindən istifadə olunurdu. Verlişdə quşbazlıqla məşğul olan ABŞ-nin əfsanəvi boksçusu Mayk Taysondan da söhbət açılıb. Bildirilib ki, Bakıdan Mayk Taysona göyərçin hədiyyə göndərilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir