İqtisadiyyat

Azərbaycanda daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

Sharing is caring!

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verib.

Agentlikdən verilən məlumata görə, bununla da şəhadətnamə almış KOB subyektlərinin sayı 49-a çatıb.

“Startap” şəhadətnaməsi “Glorri” MMC-nin işə götürmə prosesinin optimallaşdırılması üzrə onlayn HR platforması, “Mie Azerbaijan” MMC-nin “CLD” tədris texnologiyası əsasında təlim tədris xidmətləri, “Eduaz co.” MMC-nin tələbə, təlimçi və şirkətlər üçün təhsil platforması, “Dronee Aero” MMC-nin “Simurq F” markası altında müxtəlif təyinatlı dronların istehsalı və satışı, “Alimok” MMC-nin uşaqların fərdi inkişaf və zehni biliklərini artırmaq üçün təhsil platforması, “Vvaverıty” MMC-nin neft-qaz sektorunda geoloji dataların emalı və vizualizasiyası üçün proqram təminatı və “Plast” MMC-nin tibb xidmətlərinin mobil tətbiq üzərindən sifarişi layihələri üçün təqdim edilib.

Şəhadətnamə KOB subyektlərini innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla linkdən tanış olmaq olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir