Cəmiyyət

Salyanda qatar qadını vuraraq öldürüb

Sharing is caring!


Salyanda qatar qadını vuraraq öldürüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin “Süd zavodu” adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Arbatan kənd sakini, 1969-cu il təvəllüdlü Sədaqət Azadxan qızı Dadaşova dəmir yolunu keçmək istəyən zaman onu qatar vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, S.Dadaşovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir