Cəmiyyət

Bakıda azyaşlı bacıların ölümünə səbəb olan şəxsə hökm oxunub

Sharing is caring!


Bakıda azyaşlıların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Abil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs Abil Həsənov beş il sürücülük hüququndan məhrum edilməklə, səkkiz il azadlıqdan məhrum olunub.

Xatırladaq ki, ötən il dekabrın 20-si saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri – 34 yaşlı Abil Sədrəddin oğlu Həsənovun idarə etdiyi “Hyundai” markalı, 99-OH-223 dövlət qeydiyyat nişanlı və 63 yaşlı Qurban Polad oğlu Əliyevin idarə etdiyi VAZ-2107 markalı, 90-EY-518 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.

Nəticədə, Qurban Əliyev və sərnişinləri – paytaxt sakinləri 13 yaşlı Əminə Əhməd qızı Lütfəlizadə və onun bacısı 12 yaşlı Zalina hadisə yerində həyatlarını itiriblər. Onların anası Nigar Elbrus qızı Lütfəliyeva, həmçinin digər sərnişin Ülviyyə Eldar qızı İsmayılova isə xəsarət alıblar.

Bununla yanaşı, “Hyundai” markalı avtomobildə olan beş nəfər sərnişin – İradə Quli qızı Babayeva, Xatirə Babakişi qızı Babayeva, Nayibə Ağaraza qızı Hüseynova, Göyərçin Arif qızı Babayeva və Təranə Murad qızı Zeynalova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

İlkin araşdırma zamanı “Hyundai” markalı avtomobilin sürücüsü Abil Həsənov həmin gün səhər saatlarından başlayaraq fasiləsiz taksi fəaliyyəti ilə məşğul olduğu üçün yorulduğunu və bu səbəbdən sükan arxasında yuxulayaraq qarşı hərəkət zolağına çıxdığını bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir