Cəmiyyət

Kürə neft məhsullarının axıdılması aşkarlanıb – FOTO

Sharing is caring!


Neft məhsullarının Kür çayına axıdılması faktları aşkarlanıb.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.

Bildirilib ki, Mingəçevir şəhər Polis Şöbəsinin, Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidmətinin və Mingəçevir Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Mingəçevir şəhərində Kür çayının sahilində, gəmilərin yan aldığı limandakı kater və gəmilərdə yanacaq çəninin düzgün izolyasiya olunmaması və mühərriklərdə olan nasazlıq səbəbindən neft məhsullarının çaya axıdılması faktları müəyyən edilib.

Faktlarla bağlı gəmi istifadəçiləri Zaur Məmmədli, Fərid Əkbərov, İsgəndər Rzayev və Ehtiram Abdullayev barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrində olan nasazlıqların aradan qaldırılması üçün onlara məcburi göstərişlər verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir