Cəmiyyət

DİN qadın işçilər axtarır – VİDEO

Sharing is caring!


Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Lənkəran, Masallı, Salyan “ASAN xidmət” mərkəzləri üzrə regional qruplarda vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xanımların qəbulunu elan edir.

Bu barədə DİN-dən məlumat verilib.

“Müsabiqədə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirən, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum edilməyən, cənub bölgəsi üzrə rayonlarda qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər.

Onlar müəyyən edilən normalar üzrə yoxlanılacaq, xarici dillərdən birini sərbəst bilən və kompüterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcək. Müsabiqədə iştirak etmək istəyən xanımlar 2023-cü ilin avqustun 28-dək Lənkəran rayonunun Göyşaban kəndində yerləşən Daxili İşlər Nazirliyinin müvafiq Baş İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə müraciət edə bilərlər. Əlavə məlumat almaq istəyən şəxslər (012) 590-64-41 nömrəsinə zəng edə bilərlər”, – məlumatda qeyd olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir