Cəmiyyət

Yeni doğulan körpələr niyə ölür? – AÇIQLAMA + FOTO

Sharing is caring!


Son zamanlar xəstəxanalarda yeni doğulan körpələr arasında ölüm halları artıb.

Bu günə olan məlumata əsasən, Tovuz Rayon Mərkəzi Xəstəxanasında dörd günlük, Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində isə bir günlük körpə ölüb. Hər iki faktla bağlı prokurorluqda araşdırma aparılır.

Tovuzda xəstəxanada ölən körpənin yaxınları iddia edir ki, hadisə həkim səhlənkarlığı nəticəsində baş verib. İddiaya əsasən, hazırda xəstəxanalarda həkim çatışmazlığı yaşanır. Yay vaxtı həkimlərin əksəriyyəti məzuniyyətdə olduğundan xəstəxanalarda onları əvəz edən peşəkar tibb işçiləri çatışmır.

Pediatr Vaqif Qarayev Teleqraf.com-a açıqlamasında yeni doğulmuş uşaqlar arasında kütləvi xəstəlin olmadığına diqqət çəkib.

O bildirib ki, yeni doğulmuş körpələr arasında ölüm halları artmayıb:

“Düşünürəm ki, ölüm faktları təsadüfən üst-üstə düşüb. Yeni doğulanlar arasında ölüm faizi müxtəlif illərdə və yaxud aylarda çox ola bilər. Çünki yeni doğulan uşaqların mərkəzi sinir sistemi, ürək-qan-damar sistemi və ən çox tənəffüs sistemi orqanları hələ tam mükəmməl formalaşmamış olur. Onlara yeni doğulan ona görə deyilir ki, 28 gün – yəni dörd həftə uşaq yaşının yeni doğulan dövrü hesab olunur. Bu vaxt uşaqların çox ciddi qorunmaya ehtiyacı var. Yuxarıda sadaladığım sistemlər mükəmməl formalaşmadığına görə bu uşaqlar xəstəliyə çox meylidirlər. Onların tənəffüs sistemi orqanları infeksiya tutmağa meylidir, daha tez-tez mədə-bağırsaq pozğunluğu keçirə bilərlər. Bundan əlavə, daha çox mərkəzi sinir sisteminin anadangəlmə qüsurları olur. Burada ölüm faizi ola bilər”.

Uşaq sahiblərinin iddiasına gəlincə, Vaqif Qarayev belə hallarda xəstə yaxınlarının həmişə həkimlərdən narazı olduğunu vurğulayıb: “Hətta doğmasını xərçəng xəstəliyindən itirən biri yenə də həkimi günahlandırı ki, kömək etmədi. Halbuki onlara sonrakı proseslər barədə məlumat verilir. Bizim toplumda həkim mütləq günahkardır.

Həkim səhvini qətiyyən inkar etmək fikrim yoxdur. Amma desəm ki, Bərdədəki və ya Tovuzdakı yeni doğulmuş körpə ölümlərində mütləq həkim günahkardır, bu, subyektiv səslənəcək, həm də səhv düşünmüş olacağam. Çünki işin detallarını bilmirəm. Qarşı tərəfin, yəni həkimlərin açıqlamasından sonra peşəkar kimi fikir bildirmək olar ki, ya həkimin müdaxiləsi yarımçıq olub, ya xidmət düzgün aparılmayıb və ya başqa səbəblər… Bəlkə həkim rəyində körpənin çox ciddi xəstəlikləri olduğu qeyd olunub. Qarşı tərəfin açıqlaması olmadan günahlandırmanın əleyhinəyəm.

Sadəcə deyə bilərəm ki, hazırda yeni doğulanlar arasında kütləvi ölüm yarada biləcək hansısa ciddi bir xəstəliktörədici yayılmayıb. Hətta körpələr arasında mədə-bağırsaq sistemində hansısa bir xəstəliktörədici də yoxdur”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir