Cəmiyyət

İsmayıllıda avtomobil 66 yaşlı kişini vuraraq öldürüb

Sharing is caring!


İsmayıllıda avtomobil piyadanı vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, dünən axşam saatlarında İsmayıllı şəhəri ərazisində Azad Şalbuzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Məmmədov Sədiyar Əziz oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir