Cəmiyyət

Sabah 42 dərəcə isti olacaq – PROQNOZ

Sharing is caring!


Avqustun 14-nə gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-29, gündüz 37-40, bəzi yerlərdə 41-42 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-60%, gündüz 30-40% olacaq.

Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi rayonlarda duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27, gündüz 35-40, bəzi yerlərdə 42-43 dərəcə isti, dağlarda gecə 18-23, gündüz 29-34 dərəcə isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir