Cəmiyyət

Abşeronda zəncirvari qəzada ana və üç yaşlı körpəsi ağır xəsarət alıb

Sharing is caring!


Abşeron rayonunda ana və azyaşlı körpəsinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, üç avtomobilin toqquşması nəticəsində sərnişinlər, 1997-ci il təvəllüdlü Əsgərova Zeynəb İmran qızı və onun üş yaşlı körpəsi Əsgərova Nilay Əlimurad qızı xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı Z.Əsgərovaya sol qolun sınığı, azyaşlıya isə sağ ayağının sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir