Cəmiyyət

Sumqayıtda batan şəxsin meyiti tapıldı

Sharing is caring!


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 kilometr aralı, nəzarətsiz ərazi) bir nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir