Cəmiyyət

COP29 dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biridir

Sharing is caring!

Prezident İlham Əliyevin cari ilin 15 dekabr tarixində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə çıxışında bir sıra mühüm mesajlar və tapşırıqlar öz əksini tapmışdır.

       Hazırda bəşəriyyətin qarşısında duran ən aktual məsələ iqlim dəyişikliyi ilə bağlıdır: “Əsas məsələ ekoloji tarazlığın pozulmasının, atmosferin çirklənməsinin qarşısının alınmasıdır ki, özünə hörmət edən, yaşadığı dünyanın problemlərindən narahat olan hər bir dövlət çalışır ki, öz töhfəsini versin. 1993-cü ildən, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda ekoloji məsələlərə kifayət qədər diqqət ayrılıb.

        Azərbaycan xalqı fəxr etməlidir ki, bizim 2020-ci ildə əldə etdiyimiz tarixi qələbədən, ərazi bütövlüyümüzü tam bərpa etdikdən, Xankəndinə bayrağımızı sancdıqdan sonra bu da diplomatik müstəvidə əldə olunan böyük, möhtəşəm bir qələbədir. Mən bunu alqışlayıram və hesab edirəm ki, xalqımız da yekdilliklə belə bir tədbirin Azərbaycanda keçirilməsindən razılığını, məmnunluğunu bildirir.   

       Antiterror tədbirlərdən sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın Qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Dövlət başçısının dediyi kimi, Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar.

       Dünya birliyinin bu qərara imza atması bir daha onu göstərdi ki, bizə qarşı irəli sürülmüş ittihamların heç bir əsası yoxdur. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror tədbirləri həyata keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin edib və eyni zamanda, bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa edib. Beynəlxalq birlik də bu həqiqəti, bu reallığı qəbul edir. Hətta Ermənistan da artıq bu vəziyyətlə barışıb və COP29 konfransına ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləməsi də bunun bariz göstəricisidir. 

        Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün oldu. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi.

İlqar Həsənov,

Göytəpə şəhər bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir