Cəmiyyət

Dəhşətə salan görüntülər: Kişi pişiyi öldürüb cəsədinə işgəncə verdi – VİDEO

Sharing is caring!


Azərbaycanda pişiyə işgəncə verilərək öldürülüb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, vətəndaş quşlarını yeyən pişiyi öldürüb və asıb.

Daha sonra heyvanın cəsədinə işgəncə edib. Həmin görüntüləri “TikTok” sosial şəbəkəsində yayıb.

Oxu.Az-ın məlumatına görə, heyvana qarşı bu cür əməl törədən şəxs Goranboy rayon sakinidir.
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsin rayon sakini Nizami Səlimov olması müəyyən edilib.

Goranboy RPŞ-də şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir