Cəmiyyət

Bakıda 42, bölgələrdə 44 dərəcə isti olacaq – HAVA PROQNOZU

Sharing is caring!


Azərbaycan ərazisində avqustun 11-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 24-28, gündüz 35-39, bəzi yerlərdə 41-42 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava şəraiti gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-28, gündüz 35-40, bəzi yerlərdə 42-44, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir