Siyasət

Türkiyəli nazir Fəxri xiyabanı ziyarət edib – FOTO

Sharing is caring!


Bu gün Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki Fəxri xiyabanı ziyarət edib.

“Report”un xəbərinə görə, türkiyəli nazir ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüb.

Həmçinin, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Xatırladaq ki, Mehmet Özhaseki Bakıda Türk Dünyası ll Meteorologiya Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir