Cəmiyyət

Şəkidə zəncirvari yol-nəqliyyat hadisəsində üç nəfər xəsarət alıb

Sharing is caring!


Şəki rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonu Oraban kəndi ərazisindən keçən hissəsində baş verən qəzada “Mercedes” markalı 90-MZ-389, “KİA” markalı 99-SC-788 və “CHERY” markalı 99-LM-366 dövlət nömrə nişanlı minik avtomobilləri toqquşub.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri və Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Xidmətinin həkim briqadası cəlb edilib.

Qəza zamanı “Mercedes” markalı avtomobildən boş əraziyə düşən 1965-ci il təvəllüdlü Tahirə Ataş qızı Atakişiyeva ərazidən xilasedicilər tərəfindən çıxarılaraq həkim briqadasına təhvil verib. Qəza zamanı daha iki nəfər, 1969-cu il təvəllüdlü Sevinc Zakir qızı Sərdarlı və 1993-cü il təvəllüdlü Nərmin Bakir qızı Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər üç şəxs Şəki RMX-yə yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir