Cəmiyyət

Qaydanı başqa sürücü pozdu, cərimə niyə ona gəldi? – VİDEO

Sharing is caring!

Ünvanına cərimə protokolu gələn sürücü bununla razılaşmır.

Xezerxeber.az-ın məlumatına görə, Göyçay rayonu, Alpoud kənd sakini Yaşar Həsənova iki gün öncə Bakı-Qazax magistral yolunda, 70 km/saatlıq ərazidə 116 kilometr sürətlə hərkət etməsi və barəsində protokolun yazılması ilə bağlı məktub gəlib.

Yaşar Həsənovun sözlərinə görə, ona məxsus olan minik maşını VAZ markalıdır. Qaydanı pozan maşının markası isə fərqlidir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlanılıb.

İdarənin inspektoru Toğrul Nəsirli bildirib ki, hər iki nəqliyyat vasitəsinin nömrələri oxşar olduğu üçün SMS həmin vətəndaşa göndərilib. Məlumat daxil olan kimi İdarənin mərkəzi informasiya sistemində müvafiq dəyişikliklər aparılaraq məsələ öz müsbət həllini tapıb.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir