Cəmiyyət

Kəskin istilərin keçdiyi günlərdə içməli su ilə bağlı əhaliyə MÜRACİƏT

Sharing is caring!


Son günlər ölkə ərazisində müşahidə olunan kəskin istilərlə əlaqədar içməli suya tələbat artıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, artan tələbatın ödənilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən  Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda istehlakçıların dayanıqlı içməli su ilə təmin edilməsi istiqamətində bütün zəruri tədbirlər görülməkdədir.

Havanın temperaturunun yüksək olması ilə əlaqədar mənbələrdən ötürülən suyun həcmi artırılıb. Eyni zamanda, anbar ehtiyatlarının toplanması və şəbəkələrin tənzimlənməsi işləri həyata keçirilir.

Hidrometeroloji proqnozlara görə, kəskin istilərin qarşıdakı günlərdə də davam edəcəyini nəzərə alaraq istehlakçılardan bu günlərdə içməli sudan mümkün qədər qənaətlə istifadə etmələri və su israfçılığına yol verməmələri xahiş olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir