Cəmiyyət

Bakı şəhərinə investisiya qoyuluşu dörd milyard manatı ötüb

Sharing is caring!


2023-cü ilin ilk yarısında Bakı şəhərinin iqtisadiyyatına investisiya qoyuluşu 4 milyard 32,3 milyon manat olub, illik müqayisədə 17,3% artıb.

Bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Başqa sözlə, son bir ildə Bakıda əsas kapitala yönəldilən vəsaitlər 17,3% artıb.

Sözügedən yatırımın 2 milyard 169,1 milyon manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13,5% çoxdur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir