Cəmiyyət

Bakıda polislərlə sürücü arasında gərginlik – FOTO/VİDEO

Sharing is caring!


Bakı şəhərində sürücü və Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları arasında gərginlik yaşanıb. 

Oxu.Az-ın məlumatına görə, hadisə Xətai rayonunun Xaqani Rüstəmov küçəsində baş verib.

Belə ki, iki polis əməkdaşı ilə VAZ-2107 avtomobilinin sürücüsü arasında mübahisə baş verib. Nəticədə polis əməkdaşları sürücünü zorla maşına mindirərək polis bölməsinə aparıblar.

Məsələ barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. 

İdarənin inspektoru, polis mayoru Fuad Sultanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, videogörüntülər sürücünün polis əməkdaşlarına qarşı tabesizliyini əks etdirir:

“VAZ markalı, 10-MJ-407 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Amin Qurban oğlu Qabilova nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik və digər xətalara görə yol polisləri tərəfindən “saxla” işarəsi verilib.

Sürücüyə etdiyi qayda pozuntusu izah edilən zaman o, yol polislərinə tabesizlik göstərməklə intizamsızlıq edib. Daha sonra həmin sürücünün ərazi üzrə polis orqanına aparılması təmin edilib”.

O qeyd edib ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir