Cəmiyyət

Dünyaca məşhur Yuval Noah Harari Bakıya gələcək

Sharing is caring!


Məşhur yazıçı, tarixçi, professor Yuval Noah Harari 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinin fəxri qonağı olacaq.

Bu barədə Oxu.Az-a “Azərkosmos”dan bildirilib.

“Kosmosa şans verək” adlı möhtəşəm və futuristik mövzuya həsr olunmuş Bakı Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində dünyanın ən nüfuzlu ictimai ziyalısı, professor Yuval Noah Hararinin qonaq olması bizi çox sevindirir”, – “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

Qeyd edək ki, professor tarixçi Y.Harari “Sapiens: Bəşəriyyətin qısa tarixi”, “Homo Deus: Sabahın qısa tarixi”, “21-ci əsr üçün 21 dərs” və “Sapiens” seriyasının “Bizi dayandırmaq olmaz” kimi populyar kitabların müəllifidir.

Onun kitabları 65 dildə 45 milyon nüsxə ilə satılıb. 47 yaşlı filosof Y.Harari 2002-ci ildə Oksford Universitetində fəlsəfə doktoru dərəcəsini alıb və hazırda Yerusəlim Yəhudi Universitetinin tarix kafedrasında müəllimdir. Onun son mühazirələrinin diqqət mərkəzində süni intellektin sürətli inkişafı və onun cəmiyyət üçün potensial təsirləri, son tədqiqatları isə makrotarixi tarix və biologiya arasında hansı əlaqənin olması, tarix öyrənildikcə insanların daha xoşbəxt olmaları, 21-ci əsrdə elm və texnologiyanın hansı sualları gündəmə gətirməsi mövzuları ətrafındadır.

Xatırladaq ki, oktyabrın 2-də qlobal kosmos ictimaiyyəti 50 ildən sonra yenidən Bakıda Beynəlxalq Astronavtika Konqresində bir araya gələcək.

Bakı Konqres Mərkəzində baş tutacaq Bakı Konqresinin heyranedici açılış mərasimi Azərbaycanın unikal mədəniyyətini və irsini nümayiş etdirəcək, eyni zamanda, kosmik inkişaf imkanlarını və çağırışlarını diqqətdə saxlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir