Cəmiyyət

Üç yaşlı Xədicə qaynar suda yanıb – FOTO

Sharing is caring!


Üç yaşlı körpə bədbəxt hadisə ilə üzləşib.

Bu barədə Oxu.Az-a onun anası Kamalə Ruşanova məlumat verib.

O qeyd edib ki, 2020-ci il təvəllüdlü övladı Xədicə Ruşanzadə ağır yanıq xəsarətləri alıb:

“İyulun 19-da biz Ucarda yas mərasimində iştirak edirdik. Bu zaman qızım bir qıraqda dayanmışdı. Ondan bir az aralıda odun sobasının üzərində qaynayan çaydan qəfil partladı və qızımın başına dəydi. Biz Xədicəni dərhal Bakıdakı xəstəxanaya çatdırdıq. O, həmin tarixdən xəstəxanada müalicə alır. Qızım hazırda reanimasiyadadır. Həkimlər bildirir ki, boynunun altı çox dərin yanıb. Xədicənin yanıq yerləri çox göynəyir. Həkimlərin yazdığı dərmanları ala bilmək üçün maddi imkanımız yoxdur. Ona görə də yaraları hər ötən gün daha da pisləşir. Maddi vəziyyətimiz çox ağırdır. Özüm evdar qadınam. İki azyaşlı övladım var. Yoldaşım isə sürücüdür.  İmkanı olan şəxslərdən xahiş edirəm bizə kömək etsinlər. Yardımsevər insanların sayəsində bizə lazım olan üç min manat məbləğdən 1400 manatı toplanıb. Qızım Xədicənin əməliyyatını və müalicəsini davam etdirmək üçün bizə 1600 manat lazımdır”.

Ailə ilə əlaqə: (077) 518-30-31

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir