Cəmiyyət

Əjdər Ol Ali Məhkəməyə müraciət etdi

Sharing is caring!


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sabiq aparat rəhbəri, məhkum yazıçı Əjdər Cəbiyev (Əjdər Ol) kassasiya şikayəti verib.

“Qafqazinfo” xəbər verir ki, Əjdər Ol cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət onunla əsaslandırılır ki, məhkum istintaq dövründə iş üzrə dövlətə dəymiş 600 min manata yaxın ziyanı tam ödəyib, həmçinin səhhəti ilə bağlı narahatlıq yaşayır.

İşə Ali Məhkəmədə baxılacaq.

Qeyd edək ki, Əjdər Ol sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə aparılan istintaqla həbs olunub. O, külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək səkkiz il altı ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi sonradan həbs müddətini üç ay azaldıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir