Cəmiyyət

Bakıda səkkiz gündür işığı sönən binanın sakinləri etiraz etdilər – VİDEO

Sharing is caring!


Bakının mərkəzində yerləşən bina və ətrafında olan 20-dən çox obyekt səkkiz gündür işıqsız qalıb.

Söhbət paytaxtın Zahid Xəliov 68 ünvanından gedir.

Sakinlər bildiriblər ki, sahibkarlardan 200 manat, vətəndaşlardan isə 100 manat məbləğində pulun yığılmasına baxmayaraq, problem səkkiz gündür ki, öz həllini tapmayıb.

Onların sözlərinə görə, yığılan məbləğ xarab olan transformatorun təmiri üçündür.

Əraziyə Baku TV-nin çəkiliş qrupunun gəlməsinin ardından binanın həyətinə yeni transformator gətirilərək quraşdırılıb.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir