Cəmiyyət

Tovuzda iki maşın toqquşdu: Yaralılar var – FOTO

Sharing is caring!


Tovuzda iki “Mercedes” markalı avtomobil toqquşub.

Trend xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri, yanğınsöndürən maşınları və təcili tibbi yardım briqadası cəlb olunub.

Nəqliyyat hadisəsi zamanı üç nəfər – Tovuz şəhər sakini 27 yaşlı Elməddin Mirzəyev, rayonun Bozalqanlı kənd sakinləri 19 yaşlı Gülay və 23 yaşlı Günay Tofiq qızı Qasımova bacıları xəsarət alıblar. Onlar dərhal mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə zamanı avtomobildə bir yaşlı körpə uşaq olsa da, xoşbəxtlikdən heç bir xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir