Cəmiyyət

Vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı tələbi

Sharing is caring!

Prezident İlham Əliyevin 22 iyul tarixində Şuşada “Euronews” televiziya kanalına verdiyi müsahibəsində ünvanına çox dəqiq  deyilmiş mesajlar var.Prezident qeyd edib ki,Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin dəhlizə müəyyən dərəcədə nəzarət etmək səylərinin səbəbi Qarabağda ötən il noyabrın əvvəlində təbii sərvətlərin yenidən qeyri-qanuni çıxarılması faktı ilə bağlı idi. Müharibədən sonra o dayandırıldı, çünki qeyri-qanuni idi.

 Ermənistanla olan sərhəddə hərəkət etmək azadlığı bloklanmayıb.Ermənistanla sərhədimizdə sərhəd-keçid məntəqəsinin qurulması bizim legitim hüququmuzdur və heç kəs tərəfindən, o cümlədən Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mübahisələndirilmir. Aprelin 23-dən etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib-gəlib.

 Qırmızı Xaç Komitəsinin qanunsuz əməlləri aşkar olundu. Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar. Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir. Bu da yolverilməzdir. Çünki bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Hətta Ermənistanın baş naziri dəfələrlə “Qarabağ Azərbaycandır” söyləyib. Bəs nəyə görə Qırmızı Xaç Komitəsinin Xankəndidəki ofisi Bakı ofisinə yox, İrəvandakı ofisə tabedir? Bu, bizim legitim tələbimizdir”, – deyə dövlətimizin başçısı bildirib.

       Ümumiyyətlə,  bu gün Ermənistan hakimiyyətinin Laçın yolu üzərində oynamağa çalışdığı tamaşası isə heç bir məntiqə sığmır. Əks halda, bu məntiqsizliyi də aradan qaldırmaq üçün Azərbaycan əlində olan bütün vasitələrdən istifadə etmək gücündə və iqtidarındadır. Azərbaycan sülh müqaviləsinin bağlanmasına tərəfdardır. Bu məsələdə Azərbaycanın iki ölkə arasında uzunmüddətli sülhlə bağlı mövqeyinin hələ də dəyişməz qaldığını bildirən İlham Əliyev bu mövqeyin daim belə olmayacağını da ifadə edərək dedi ki, əgər Ermənistan sülhə hazır olmayacaqsa, Azərbaycanın sülh təklifi masa üstündə əbədi qala bilməz. Beləliklə, Prezidentin “Euronews” telekanalına müsahibəsində bəyan etdiyi kimi, ikili standartlar beynəlxalq ədalətsizlikdir. Biz bunu daim diqqət mərkəzində saxlamalı, möhtərəm Prezidentimizin, qalib Ali Baş Komandanımızın bu sahədə qaldırdığı təşəbbüsıləri hər zaman dəstəkləməliyik.

Həmdulla Əliyev,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

Cəlayir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin müavini 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir