İdman

Premyer Liqa: “Tottenhem” əlavə edilmiş vaxtda iki qol buraxaraq məğlub oldu

Sharing is caring!


Futbol üzrə İngiltərə Premyer Liqasının XII turunda “Tottenhem” səfərdə “Vulverhemptonun qonağı olub.

Oxu.Az xəbər verir ki, qarşılaşmada meydan sahibləri qalib gəliblər.

Hesabı 3-cü dəqiqədə B.Conson açıb. Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş birinci dəqiqədə meydan sahibləri hesaba tarazlıq gətiriblər 1:1. P.Sarabia fərqlənib. Əlavə edilmiş 7-ci dəqiqədə meydan sahibləri qələbə topunu vura biliblər. M.Lemina komandasının qələbə topunu vurub.  

Bu nəticə ilə “Tottenhem” 26 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. 15 xalı olan “Vulverhemton” isə 12-cidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir