Cəmiyyət

Xaçmazda gənc oğlan yol-nəqliyyat hadisəsində ağır xəsarətlər alıb

Sharing is caring!


Xaçmaz rayonunda gənc oğlan yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alıb.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1996-cı il təvəllüdlü Vadim Ucabəy oğlu Manafov rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir