Cəmiyyət

Gəncədə ağac evin üzərinə aşdı – FOTO

Sharing is caring!


Gəncədə çinar ağacı evin üzərinə aşıb.

APA-nın məlumatına görə, hadisə şəhərin Zeynalabdin Tağıyev küçəsi 94 ünavanında qeydə alınıb.

Belə ki, yaşlı çinar ağacı Şahin Sadıqova məxsus evin üzərinə aşıb.

Nəticədə evin bir hissəsi yararsız hala düşüb.

Bundan başqa, qaz xəttinə, elektrik dirəyinə də ziyan dəyib.

Xoşbəxtlikdən hadisə vaxtı xəsarət alan olmayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir