Cəmiyyət

Dünyanın nüfuzlu universitetlərində təhsil imkanı qazanan gənclərin uğur hekayələri – VİDEO

Sharing is caring!


“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-26-cı illər üçün Dövlət Proqramı”na 2023-24-cü tədris ilinə dair sənəd qəbulu üzrə ilkin nəticələr müəyyən olunub.

Müsabiqənin ilkin nəticələrinə əsasən, ümumilikdə 134 nəfər Dövlət Proqramına qəbul olub.  

Təqaüd qazanan gənclər sırasında altı nəfər London Universitet Kolleci, üç nəfər Harvard Universiteti, bir nəfər Massaçusets Texnologiya İnstitutu, iki nəfər Sürix Federal Texnologiya Universiteti, iki nəfər London İmperial Kolleci, üç nəfər Kolumbiya Universiteti, bir nəfər isə Stenford Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.

Həmin gənclərdən bir neçəsi Təhsil TV-nin “Təməl” proqramında qonaq olub və öz uğur hekayələrini bölüşüb. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir