Cəmiyyət

Azərbaycanda sərnişin avtobusu yanıb – VİDEO

Sharing is caring!


Sumqayıtda sərnişin avtobusu yanıb.

Bu barədə məlumat baku.ws-in qaynar xəttinə daxil olub.

Bildirilib ki, hadisə 6-cı mikrorayon ərazisində, Novxanı istiqamətində gedən yolda qeydə alınıb.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlanıb.

Qurumdan cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, avtobusun hərəkətdə olduğu zaman tüstülənərək mühərrik hissəsinin yanmağa başladığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən avtobusun digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir