Cəmiyyət

Sabah 38 dərəcə isti olacaq – HAVA PROQNOZU + VİDEO

Sharing is caring!


Azərbaycan ərazisində avqustun 2-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən, yağmursuz hava şəraiti olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir