Cəmiyyət

Masazırda fiziki məhdudiyyətli qadın itkin düşdü – FOTO/VİDEO

Sharing is caring!


Masazırda 28 yaşlı qadın itkin düşüb.

Oxu.Az xəbər verir ki, 28 yaşlı Sona İlham qızı 30 iyul səhər saat 10-11 radələrində yaşadıqları Masazır qəsəbəsindəki evdən çıxıaraq “Vulkan dağı” adlı yerə doğru hərəkət edib 

İtkin düşən Sonanın 155 santimetr boyu var və fiziki məhdudiyyətlidir. Ailə üzvlərinin sözlərinə görə, Sona adətən insanlarla ünsiyyət qurmur. 

Onun evə qayıtmaq üçün yolu itirdiyi güman edilir. Sonanın əynində boz açıq rəngli qolsuz köynək, qara şalvar olub. Ağzını isə qara rəngli şərflə bağlayıb.

Sonanı görənlərdən (051) 671-77-22 və (055) 233-35-37 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur. Sonanı tapan və ya xəbər edən şəxs mükafatlandırılacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir