Cəmiyyət

Parklanmada yeni qaydalar tətbiq olunana qədər sürücülərdən ödəniş tələb oluna bilər?

Sharing is caring!


“Ödənişli parklanmanın tətbiqinə ilkin olaraq mərkəz və birinci zona olmaqla, mərhələli şəkildə başlanılacaq”.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildiriblər.

Qurumdan qeyd edilib ki, Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında” qərarının icrası ilə bağlı işlər intensiv şəkildə davam etdirilir:

“Hazırda mərkəz və birinci parklanma zonasına daxil olan yerlərdə müvafiq infrastruktur işləri aparılır. Bu çərçivədə parklanma yerlərində müvafiq yol nişanları, məlumat lövhələri quraşdırılır. Eyni zamanda, nişanlanma xətləri çəkilməkdədir.

Əvvəlcədən də qeyd olunduğu kimi, ödənişlər yalnız nağdsız formada mobil tətbiq, SMS və ödəmə terminalı vasitəsilə həyata keçiriləcək. Tətbiq artıq hazırdır və yaxın günlərdə istifadəyə veriləcək. Ödənişli parklanmanın tətbiqinə ilkin olaraq mərkəz və 1-ci zona olmaqla mərhələli şəkildə başlanılacaq”.

“Yeni qaydalar tətbiq olunana qədər küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən hər hansı bir ödəniş tələb oluna bilməz. Sürücülərə bunu nəzərə almalarını və qanunsuz ödənişlər etməməyi tövsiyə edirik”, – deyə AYNA-dan qeyd olunub.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir