Cəmiyyət

Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb

Sharing is caring!


Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bunun üçün bakalavrlar göstərilən vaxtadək https://portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.

Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

Xatırladaq ki, bakalavrların qeydiyyat prosesinə iyulun 21-dən etibarən başlanılıb və prosesin iyulun 31-də saat 18:00-da yekunlaşacağı nəzərdə tutulurdu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir