Dünya

“Beşiktaş” “Milan”ın hücumçusunu transfer etdi

Sharing is caring!


Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

İstanbul təmsilçisi Xorvatiya millisinin və İtaliya “Milan”ının hücumçusu Ante Rebiçi transfer edib. Məlumatı klubun saytı yayıb.

“Beşiktaş” 29 yaşlı oyunçunun keçidi üçün Milan təmsilçisi ilə danışıqlara başlanıldığını İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirib.

Qeyd edək ki, 2019-cu ildən “Milan”da çıxış edən Ante Rebiç ötən mövsüm “qırmızı-qaralar”ın heyətində 31 oyun keçirib, üç qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir