Cəmiyyət

“Təmiz ölkəm” aksiyası çərçivəsində iməcilik keçirilib – FOTO

Sharing is caring!


Ölkə ərazisində “Təmiz ölkəm” aksiyası çərçivəsində keçirilən təmizlik aksiyaları bu gün Ağdam, Quba, Tovuz, Zərdab və Şəki rayonlarının meşə ərazilərində davam etdirilib.

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Nazirliyin yerli bölmələrinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 3 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

“Eyni zamanda, Hacıqabul rayonunda avtomobil yolunun kənarında yaşıllıq ərazidə də iməcilik keçirilib. Nazirliyin yerli bölmələrinin əməkdaşlarının, Hacıqabul rayon İdman və Gənclər İdarəsinin, şəhər könüllülərinin, Hacıqabul şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələrinin iştirakı ilə ərazi 875 kiloqram tullantıdan təmizlənib.

Hər kəsi istirahət edərkən tullantıları ətrafa atmamağa, təmizliyə riayət etməyə, ətraf mühiti birgə qorumağa çağırırıq”, – deyə məlumatda bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir