Cəmiyyət

Azərbaycanda parklanmadan yığılacaq vəsaitlərin xərclənəcəyi istiqamətlər açıqlanıb

Sharing is caring!


Bakı şəhəri və regionlarda təşkil edilən parklanmalardan yığılan vəsaitlərin xərclənəcəyi istiqamətlər bəlli olub.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nda göstərilib.

Yeni qaydaya görə, Daxili İşlər Nazirliyi və Rəqəmsal Inkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu vəsaiti parklanma yerlərinin idarə olunması və saxlanılmasına yəni kommunal, mühafizə, təsərrüfat və rabitə xərclərinə, parklanma ilə əlaqədar yol infrastrukturu xərclərinin ödənilməsi, maddi və qeyri-maddi aktivlərin, o cümlədən parkomatların, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin alınması və onların yararlı vəziyyətdə saxlanılmasına və parklanma ilə əlaqədar tətbiqlərin yaradılması və onların saxlanılmasına sərf edə bilər.

Bundan əlavə yığılan vəsaitin parklanma ilə bağlı maarifləndirmə və təbliğat işlərinə, nəqliyyat vasitələrinin saxlanılması üçün balanslarında olan qaraj və duracaqların idarə olunması və saxlanılmasına, yol hərəkətinin təşkilinin texniki vasitələrinin tətbiq edilməsinə, parklanma qaydalarını pozmuş şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi üzrə tədbirlər görülməsi üçün zəruri texniki vasitələrin alınması, parklanma qaydalarını pozmuş şəxslərə inzibati xəta haqqında iş üzrə materialların göndərilməsi ilə bağlı poçt xərclərinin ödənilməsinə və işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə xərclənməsinə də icazə verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir