Cəmiyyət

Biləsuvarda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var

Sharing is caring!


Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayonun Nəsimi kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun İsmətli kənd sakini, Kənan Cəbrayılov idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə motosikleti vurub.

Nəticədə motosikletin sürücüsü, rayonun Nərimankənd kənd sakini, 1969-ci il təvəllüdlü Sərxoş Quliyev və 2007-ci il təvəllüdlü sərnişini Rəsul Quluzadə bədən xəsarətləri alıblar.

Yaralılar rayon xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir