Cəmiyyət

Lənkəranda minik avtomobili yanaraq külə döndü – FOTO/VİDEO

Sharing is caring!


Lənkəran rayonunda “ASAN xidmət”in əməkdaşının avtomobili yanıb.

“Report”un məlumatına görə, hadisə Ələt-Astara-İran sərhəd yolunun rayonun Girdəni kəndindən keçən hissəsində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Qazax rayonu Aşağı Salahlı kənd sakini Natiq Vəli oğlu Mehdiyevə məxsus “Azsamand” markalı avtomobil yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Yanğından Mühafizə hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, N.Mehdiyev Azərbaycan ordusunun giziri olub. O, 2015-ci ilin aprel ayında Tərtər rayonunun Qapanlı istiqamətində döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanıb. N.Mehdiyev 2018-ci ildən “ASAN xidmət”də çalışır. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir