Cəmiyyət

ETSN-in sabiq Regional İdarə rəisi ilə bağlı həqiqət: “Cinayət işinin başlanması qərarı rədd edilib”

Sharing is caring!


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) 8 saylı Regional İdarəsinin keçmiş rəisi haqqında yayılan məlumatın həqiqəti əks etdirmədiyi təsdiqlənib.

ETSN-in Mingəçevir şəhərində yerləşən 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sabiq rəisi Tofiq Əsgərovun 2023-cü il aprelin 1-də döyülməsi barədə məlumat yayılmış və o, bu informasiyanın dövriyyəyə buraxılmasından sonra tutduğu vəzifədən azad edilib.

Həmin məlumata yerində reaksiya verən Daxili İşlər Nazirliyindən (DİN) sözügedən hadisənin araşdırılacağı qeyd olunub.

Haqqında danışılan olayın araşdırılmasını diqqət mərkəzində saxlayan Yenicag.az-ın bu barədə DİN-ə ünvanladığı sorğuya Nazirliyin Mətbuat Xidmətindən verilən operativ cavabda hadisə ilə əlaqədar təyin edilmiş ekspertiza və aparılmış araşdırma nəticəsində Tofiq Əsgərovun döyülməsi barədə məlumatın öz təsdiqini tapmadığı diqqətə çatdırılıb:

“Onun kənar şəxslər tərəfindən döyülməsi təsdiqini tapmadığından cinayət işinin başlanması barədə qərar rədd edilib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir