Cəmiyyət

Horadiz-Zəngilan avtomobil yolu əsaslı təmir olunur – FOTO/VİDEO

Sharing is caring!


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində mövcud Horadiz-Zəngilan avtomobil yolunun əsaslı təmirinə başlayıb.

Bu barədə AAYDA məlumat yayıb.

Bildirilir ki, təmir-tikinti işləri M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun (km 173+600 – km 235+000) 61,4 km-lik Horadiz-Zəngilan hissəsində həyata keçirilir.

Üçüncü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metr təşkil edir.

Layihə üzrə əsaslı təmir işləri 173,6-189, 189-205, 205-220 və 220-235-ci km-lər daxil olmaqla dörd hissədə aparılır.

Hazırda yolboyu mövcud asfalt-beton örtüyün kənarlaşdırılması, qazma, tökmə işləri, yol yatağının və yol əsasının tikintisi, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri aparılır.

Horadiz-Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir