Cəmiyyət

Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası başlayıb

Sharing is caring!


Bu il Məhərrəm ayının onuncu günü – yəni Aşura iyulun 28-nə təsadüf edib. Aşura günü ilə əlaqədar ölkənin müxtəlif yerlərində qanvermə aksiyaları keçirilir.

Oxu.Az xəbər verir ki, qanvermə aksiyası Təzəpir məscidində 9:00-dan başlayıb.

Qan vermək istəyən yüzlərlə insan məscidə axın edərək, qan verir.

Ümumilikdə qanvermə aksiyaları səkkiz məscid və ziyarətgahda, habelə səkkiz səhiyyə müəssisəsində keçirilir.

Qeyd edək ki, iyulun 19-dan başlayan Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir