Cəmiyyət

Maştağa yolunda “KamAZ” dərəyə aşdı – FOTO

Sharing is caring!


Bakıda yük maşını işıqforu aşırıb.

Oxu.Az xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub:

“Sürücü işıqforun qırmızı işığında dayana bilməyib. Sürücü nəqliyyat vasitəsini yol kənarındakı işıqfora çırpıb və yol kənarındakı dərəyə aşıb. Ölüm hadisəsi qeydə alınmayıb. Lakin işıqfor yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, bir müddət öncə sözügedən Sabunçu rayonu Maştağa qəsəbəsinin yaxınlığında iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir