Sosial

Təranə Paşayeva: İstənilən münasibətdə zaman-zaman enişli-yoxuşlu hallar yaşanır

Sharing is caring!

İstənilən münasibətdə zaman-zaman enişli-yoxuşlu hallar yaşanır. Lakin düzgün yanaşma və düşüncə tərzi ilə yaranan problemi həll etmək mümkündür.

Hər gün 10-15 dəqiqə vatxınızı qarşı tərəfi hansı xüsusiyyətlərinə görə sevdiyinizi düşünməyə ayırın. Bunun üçün qeyd olunan suallara cavab verə bilərsiniz- “Bu insanın hansı cəhətlərini bəyənirəm”, “Bizim münasibətimiz mənə nə verir?”, “Sevdiyim insan olmadan həyatım necə davam edərdi?”
Adətən yaranan pozitiv düşüncələr sizi anlıq xoşbəxt edir və partnyorunuza qarşı olan münasibətinizi möhkəmləndirir.

Duyğularınızı düzgün səsləndirməyi öyrənməlisiniz. Bəzən sizi narahat edən hadisələri, düşüncə və incikliyi səsləndirdikdə qarşı tərəfi günahlandırmağa başlayırsınız.
Misal üçün istifadə olunan “Sən günahkarsan”, “Sən məni əsəbləşdirirsən”, “Sən məsuliyyətsizsən…” kimi ifadələr qarşı tərəfi sizdən daha da uzaqlaşdıra və münasibətinizdə olan birliyi zədələyə bilər.

Çalışın problemlərinizi yaşanan münaqişə zamanı deyil, daha sonra əsəb və gərginliyiniz azaldıqda “Biz” dilindən istifadə edərək səsləndirəsiniz.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir