Cəmiyyət

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb

Sharing is caring!


III ixtisas qrupu üzrə imtahan verən və jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər 27-31 iyul (saat 23:59-dək) 2023-cü il tarixlərində DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Tələbə qəbulu elanının ”Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə hamısının jurnalistika ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.

Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.

Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı avqustun 6-da keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı jurnalistika ixtisasını da seçə bilərlər.

Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə “Abituriyent” jurnalının jurnalistika istiqaməti üzrə xüsusi buraxılışında tanış ola bilərsiniz.

Xüsusi buraxılışı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir