Cəmiyyət

Bizi möhkəm münasibətlər bağlayır

Sharing is caring!

Praqmatik xarici siyasət kursuna malik olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemi və dünya siyasətində öz mövqeyini gücləndirmək və yeni geostrateji əməkdaşlıq platformalarını gerçəkləşdirmək üçün həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr dairəsini genişləndirməkdədir. Şübhəsiz, bu günədək ölkəmizin xarici siyasət strategiyasının əsas istiqamətləri qismində yerləşdiyi regionda səmərəli əlaqələr və əməkdaşlıq platformaları reallaşdırmaq əsas vəsələdir. XXI əsrin iqtisadi güc mərkəzinə çevrilən və özünün iqtisadi, demoqrafik potensialı ilə çoxqütblü dünya düzəni formalaşdırmaq iddiasında olan Çin isə müstəqil xarici siyasət kursuna malik olan milli dövlətlərin əməkdaşlıq etmək istədiyi lokomotiv aktorlardandır.

Prezident İlham Əliyevin cari ilin 22 iyul tarixində “ChinaGlobal Television Network” televiziya kanalında yayımlanmış müsahibəsində vurğulandığı kimi,  Ulu Öndər Heydər Əliyev müxtəlif dövrlərdə Çinin inkişafı ilə bağlı yaxşı məlumatlı idi.

Ulu Öndər SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışıb və Çin nümayəndələri ilə bir çox görüşlər keçirib. O, ölkənizin dinamikası və inkişafından yaxşı xəbərdar idi. Ulu Öndər Heydər Əliyev hər zaman çalışırdı ki, cəmiyyətin nəbzini tutsun, insanların necə yaşadığını, nə fikirləşdiyini, hansı problemlərlə üzləşdiyini və hansı arzulara malik olduğunu bilsin.

 Ulu Öndər Heydər Əliyev Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bu gün əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub.

Ulu Öndər bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi.Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi.

Əlişir Teymurov,

Cəlilabad rayon Qarğılı kənd

ümumi orta məktəbin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir